Tbilisidən Bakıya uçuşlar ləğv edilib
Tbilisidən Bakıya uçuşlar ləğv edilib
Əlverişsiz hava şəraiti ilə əlaqədar Tbilisi Beynəlxalq Hava limanından bir sıra istiqamətlərə uçuşlar həyata keçirmək baş tutmayıb.
Soydas.az APA-nın Tbilisi müxbirinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.
Bildirilib ki, xüsusilə də Bakı, İstanbul, Münhen, Riqa, Dubay istiqamətlərində uçuşlar ləğv edilib.
Soydas.az