Tokayev Füzulidə açılış mərasimində iştirak edəcək

image

Yaxın zamanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri olacaq.

Soydas.az xəbər verir ki, bu barədə "Report"a Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel məlumat verib.

O bildirib ki, Qazaxıstan Prezidentinin səfəri çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi olacaq.

Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb.

Soydas.az

Paylaş:

Xəbər lenti