Borçalı əsilli gənc Avropa çempionu oldu
Borçalı əsilli gənc Avropa çempionu oldu
20-22 may 2022-ci il tarixlərində Bolqarıstanda Avropa ölkələrinin “Shotokan karate-do” üzrə çempionatı keçirilmişdir.
18 yaşdan yuxarı kişilərin qatıldığı bu çempionatda Azərbaycanı Rəşad Rövşən oğlu Qasımov təmsil etmişdir. O, 60 kq çəkidə bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu titulunu sahiblənmişdir.
Avropada Azərbaycanın üçrəngli bayrağını başı üzərinə qaldıran Rəşad Qasımov vətənə qızıl medalla qayıdıb.
Qeyd edək ki, Rəşad Qasımov əslən Bolnisi rayonunun Sarallar kəndindəndir.
Soydas.az