Gürcüstanın XİN başçısı Azərbaycana gəlir
Gürcüstanın XİN başçısı Azərbaycana gəlir
Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili 26-27 aprel tarixində Azərbaycana rəsmi səfər edəcək.
Gürcüstan Xarici İşlər Nazirliyindən bildiriblər ki, səfər çərçivəsində nazir Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov, Milli Məclis sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Görüşlərdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunacaq.
Soydas.az