Qurultayda Gürcüstan Azərbaycanlıları da mükafatlandırıldı

image

İki gündür Şuşa şəhərində davam edən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı artıq başa çatıb. Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının üzvlərini və diaspor fəallarını “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib.

Soydas.az xəbər verir ki, təltif olunan soydaşlarımız arasında Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyev, Gürcüstanda Azərbaycan Evinin direktoru Məhəbbət İmanov, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədi Musa Hacıyev da var. Onlar bu fəxri ada ölkələr arasındakı əlaqələrin inkişafında və Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə görə layiq görülüblər.

Soydas.az

Paylaş:

Xəbər lenti