Gürcüstanın xarici işlər naziri istefa verib
Gürcüstanın xarici işlər naziri istefa verib
Gürcüstan xarici işlər naziri David Zalkaliani istefa verib. Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
Onun sözlərinə görə, İliya Darçiaşvili yeni xarici işlər naziri təyin olunub.
“Baş nazirin müavini və xarici işlər naziri Gürcüstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. İlk növbədə, görülən işlərə görə cənab Davidə təşəkkür etmək istəyirəm. Cənab Davidin böyük təcrübəsi var. 30 ildir ki, o, ölkəmizə, doğma idarəsinə - Xarici İşlər Nazirliyinə müxtəlif vəzifələrdə xidmət edir”, - Qaribaşvili bildirib.
Soydas.az