Ukrayna-Rusiya danışıqlarının növbəti raundu Türkiyədə keçiriləcək

image

Rusiya ilə Ukrayna arasında növbəti danışıqlar Türkiyədə olacaq.

Bunu Ukrayna nümayəndə heyətinin üzvü, “SN” fraksiyasının sədri David Araxamiya bildirib.

O, qeyd edib ki, Ukrayna və Rusiya danışıqlar raundunun Türkiyədə keçirilməsi barədə razılığa gəliblər. Müzakirələr martın 28-30-da keçiriləcək.

Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski isə danışıqların növbəti raundunun 29-30 mart tarixlərində üzbəüz keçiriləcəyini bildirib.

Soydas.az

Paylaş:

Xəbər lenti