Əflatun Amaşov: “Gələn aydan qurultayla bağlı işlərə başlanılacaq”

image

“Məlumdur ki, Azərbaycan jurnalistlərinin sonuncu qurultayı  2018-ci ildə olub. Bu isə o deməkdir ki, bu il növbəti qurultay keçirilməlidir”.

Soydas.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

“Bildiyimiz kimi, Azərbaycan jurnalistlərinin qurultayları ictimai həyatda böyük hadisədir. Buna ciddi hazırlıq aparılmalıdır. Bu tələblər Mətbuat Şurasının nizamnaməsində də öz əksini tapıb”. 

Ə.Amaşov vurğulayıb ki, mövcud istiqamətdə üzv təşkilatlarla məsləhətləşmələrə ehtiyac var: “Üzümüzə gələn aydan bu istiqamətdə işlər aparılacaq. Biz eyni zamanda pandemiya dövrünün şərtlərini də nəzərə almalıyıq. Güman edirəm ki, ali məclisi qurultayların indiyədək formalaşmış ənənələrinə uyğun təşkil edə biləcəyik. Əsas məsələ də budur”.

Soydas.az

Paylaş:

Xəbər lenti