Azərbaycanda 15 bələdiyyənin vəzifəli şəxslərinə cinayət işi açılıb
Azərbaycanda 15 bələdiyyənin vəzifəli şəxslərinə cinayət işi açılıb
Azərbaycanda keçən il vəzifəli şəxsləri barəsində cinayət işi açılan bələdiyyələr məlum olub.
APA xəbər verir ki, bu, fevralın 18-də Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılacaq “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzə”də əksini tapıb.
Bildirilib ki, Şəki rayonunun İncə, Binəqədi rayonunun Biləcəri və Sabirabad rayonunun Kürkəndi bələdiyyələrinin sabiq sədrləri, Masallı rayonunun Sərçuvar, Qax rayonunun Avyazı, Daşkəsən rayonunun Xoşbulaq bələdiyyələrinin sədrləri barədə cinayət işi başlanıb.
Eyni zamanda Bakı şəhəri Binəqədi qəsəbəsi, Neftçala rayonu Xolqarabucaq və Xolqaraqaşlı, Goranboy rayonunun Dəliməmmədli, Hacıqabul rayonunun Abdulabad, Ağstafa rayonunun Dağ Kəsəmən, Lerik rayonunun Noda, Göygöl rayonunun Aşıqlı və Ucar rayonunun Qaracallı bələdiyyələrinin vəzifəli şəxsləri barəsində də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri açılıb.
Soydas.az