Marneulinin meri vəzifəsinə azərbaycanlı namizəd

image

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Marneuli meri vəzifəsinə namizədini təqdim edib.

Soydas.az APA-nın yerli bürosuna isdinadən xəbər verir ki, bu gün Marneuliyə səfər edən Gürcüstanın Baş nazir İrakli Qaribaşvili Kənan Ömərovun Marneuli meri vəzifəsinə namizədliyini təqdim edib. K. Ömərov daha əvvəl Marneuli Resurs Mərkəzinin (Maarif şöbəsi) direktoru və Marneuli merinin müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, bu il oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

Soydas.az

Paylaş:

Xəbər lenti