Mərhum yazıçı Elbəyi Cəlaloğlunun “Yasəmən ətri” romanı çap olunub
Mərhum yazıçı Elbəyi Cəlaloğlunun “Yasəmən ətri” romanı çap olunub
Mərhum şair-publisist, araşdırmaçı Elbəyi Cəlaloğlunun “Yasəmən ətri” romanı bu gün çapdan çıxıb. Soydaş İctimai Birliyinin maliyyə dəstəyilə çap olunan kitabın məsləhətçisi Kamran Ramazanlıdır.
Müəllifin ölümündən sonra nəşr olunan romanda XX əsrin Azərbaycan türk kişisi obrazı əsərin əsas qəhramanı və müəllifin mənsub olduğu tayfanın başçılarından olmuş Süleyman bəyin simasında təqdim olunur. Əsərdə mənəvi-psixoloji, siyasi, mental məsələlərlə yanaşı, sovet insanlarının düşüncə tərzi təfərrüatları ilə verilir. Məntiq, elm və inanc sisteminin sintezi əsasən dialoqlar və pritçalar vasitəsilə təsvir edilir.
Bundan başqa, əsərdə II Dünya müharibəsindən sonra beynəlxalq səviyyədə gedən siyasi proseslərin şərhinə də yer ayrılır. Sovet siyasi və iqtisadi sisteminin eybəcərlikləri isə əsər vasitəsilə təqdim olunan sovxoz və kolxoz idarəçiliyində öz əksini tapır. Eyni zamanda müasir dünyanın demokratiya uğrunda mübarizəsi ilə bağlı bədii təfərrüatlar da əsərdə nümayiş olunur. Əsərin nəyə görə “Yasəmən ətri” adlandırılması isə oxucuların öhdəsinə buraxılır.
Soydas.az