Azərbaycan 5 erməni hərbçisini qaytardı
Azərbaycan 5 erməni hərbçisini qaytardı
Azərbaycan 5 erməni hərbçisini Ermənistana qaytarıb. General Rüstəm Muradovun olduğu təyyarə Bakıdan İrəvana uçuş həyata keçirib.
Məlumata əsasən, general Muradov təhlükəsizlik qüvvələrimiz tərəfindən saxlanılaraq həbs edilən beş erməni hərbçini Ermənistana aparıb.
Qaytarılanlar Mels Ambardanyan, Rafik Karapetyan, Jora Manukyan, Ovsep Manukyan və Sedrak Soqomonyandır.
Soydas.az