Araik Arutyunyana sui-qəsd oldu

image

Qarabağdakı erməni separatçıların rəhbəri Araik Arutyunyana sui-qəsd olub. Bunu jurnalist Karen Andriyan yazıb.

Erməni jurnalistin iddialarına görə, Arutyunyana qarşı bu gün səhər saat 11 radələrində Xankəndidə sui-qəsd olub. Məlumatda qeyd olunur ki, Arutyunyan avtomobilindən düşərkən ona silahlı hücum edilib. Nəticə Araik yaralanıb. Xəbərdə bildirilir ki, sui-qəsdi həyata keçirənlər isə “Qayıdan qəhrəmanlar” adlı təşkilatın üzvləridir.

Hələlik Arutyunyanın vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.

"Hücum edən şəxsin zərərsizləşdirildiyini şəhər sakinləri təsdiq edir", - deyə Karen Andriyan bildirib.

Soydas.az

Paylaş:

Xəbər lenti