Mübariz Əhmədoglu təcili üzr istəməlidir - Kamran Ramazanlı
Mübariz Əhmədoglu təcili üzr istəməlidir - Kamran Ramazanlı
Gürcüstanda yaşayan azərbaycanlıların ünvanına səsləndirilən fikirlər etiraz doğurub. Soydaş İctimai Birliyinin sədri Kamran Ramazanlı politoloq Mübariz Əhmədoğlunun açıqlamalarını qəbuledilməz hesab edərək ondan təcili üzr istəməyi tələb edib.
Soydaş İB-nin sədri vurğulayıb ki, Gürcüstanda yaşayan azərbaycanlılar həm bu ölkənin ərazi bütövlüyünün qorunması uğrunda gürcülərlə birlikdə mübarizə aparıb, həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda çoxsaylı şəhidlər veriblər. Onun sözlərinə görə, soydaşlarımız iki dost ölkə arasında münasibətlərin inkişafında da mühüm rol oynayırlar.
K.Ramazanlı qeyd edib ki, dünya şöhrətli şəxsiyyətləri, dövlət xadimləri, elm adamları və idmançıları ilə tanınan bir bölgənin bütövlükdə təhqir olunması savadsızlıq və cahillik nümunəsidir.
O, İranın müxtəlif ölkələrdə öz maraqlarına uyğun fəaliyyət göstərməyə çalışdığını, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə də ayrı-ayrı şəxslər vasitəsilə təsir imkanları yaratmağa cəhd göstərdiyini bildirib. Bununla belə, mövcud problemlərin həlli üçün konkret təkliflər irəli sürmək əvəzinə, bütövlükdə soydaşlarımızın təhqir edilməsini yolverilməz sayıb.
K.Ramazanlı bildirib ki, bu sahədə müəyyən problemlər mövcuddur. Onların aradan qaldırılması istiqamətində düşünmək, təkliflər vermək əvəzinə, bütövlükdə soydaşlarımızı təhqir etmək yolverilməzdir, bağışlanılmaz səhvdir və dərin ikrah doğurur. Şiddətlə qınayır, təcili üzr istəməsini tələb edirik.
Soydas.az