Rizədə beynəlxalq tədbir - geosiyasət və diplomatiya müzakirə edilib
Rizədə beynəlxalq tədbir - geosiyasət və diplomatiya müzakirə edilib
Cari ilin 27-29 aprel tarixlərində Türkiyənin Rizə şəhərində fəaliyyət göstərən Rəcəb Tayyib Ərdoğan Universitetində “Tarix, diplomatiya və geosiyasi yönüylə Türkiyə və Rusiya” mövzusunda II Beynəlxalq Şərqi Qara Dəniz Simpoziumu keçirilmişdir.
Soydas.az xəbər verir ki, rəsmi açılış nitqlərindən sonra elmi simpozium öz işini “Boğazlar və dəniz hərbi (Birinci Dünya müharibəsi)”, “Diplomatiya, güc mücadilələri və beynəlxalq rəqabət”, “Türk-rus münasibətləri tarixinə dair arxiv qaynaqları”, “Şərqi Qara Dəniz regionunda toplum, köç və daxili dinamikalar” və “Geosiyasət, regional sistemlər və geniş perspektivlər” başlıqlı seksiyalarda davam etdirmişdir.
Mahir Aydın, Denis Kozlov, Nəbi Gümüş, Lana Ravandi-Fadai, Mustafa Tanrıverdi, Qela Quniava, Sergey Nelipoviç, İsmayıl Köse, Nadejda Vasileva, Resul Turan, Nikita Qusev, Serkan Keçeci, Sergey Vinoqradov kimi tanınmış alimlərin iştirak etdiyi tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Valehoğlu-Hacılar “Azərbaycanın Batumda ilk diplomatik təmsilçiliyinin siyasi-diplomatik fəaliyyəti” mövzulu elmi məruzə ilə çıxış etmişdir.
Soydas.az