Quru sərhədlərin bağlı qalması Gürcüstandakı soydaşlarımız üçün ciddi problemlər yaradır

image

“Soydaş” İctimai Birliyinin sədri Kamran Ramazanlı Gürcüstan azərbaycanlılarının üzləşdiyi çətinliklərlə bağlı özünün şəxsi “Facebook” hesabında açıqlama verib.

K.Ramazanlı bildirb ki,  quru sərhədlərin bağlı olması hər kəs üçün müəyyən problemlər yaradır, lakin Gürcüstandakı soydaşlarımız üçün bu çətinliklər daha çox hiss olunur:

“Yarım milyon soydaşımız Gürcüstanda yaşayır. Demək olar ki, hər bir ailənin bir və ya daha çox üzvü Azərbaycan Respublikasında məskunlaşıb. Bu səbəbdən də, sərhədlərin bağlı qalması ailələrin bir-biri ilə əlaqəsini çətinləşdirir”.

O bildirib ki, hazırkı vəziyyətdə təyyarə biletlərinin qiyməti olduqca yüksəkdir və bu da əlavə çətinliklər yaradır.

“Quru sərhədlər açılana qədər hökumət müəyyən addımlar atsa, problemlər azala bilər. Dəmiryolunun açılması, təyyarə biletlərinin qiymətlərinin optimallaşdırılması və məcburi hallarda gediş-gəliş üçün onlayn icazə sisteminin yaradılması olduqca vacibdir”, – deyə Ramazanlı vurğulayıb

Soydas.az

Paylaş:

Xəbər lenti