Rusiya  Avropa və Türk Dünyası arasında: siyasi vampirizm və passionarlıq

image

Tarixçi alim, etnoqraf Lev Qumilyov “passionar” sözünü xarici enerjini mənimsəyərək, onu cəmiyyətə yönəldə bilən, xüsusi daxili yanğılı, yaradıcı-qurucu istəkli aktiv insanların enerjisini təsvir etmək üçün istifadə edib. 

Təbiətdən alınan bu enerji təbiət-insan əlaqəsi ilə bağlı olsa da, Qumilyov "passionar" terminini siyasi proseslərdə istifadə etmək üçün meydana gətirib. Müəllif “passionar” terminini istifadə etdiyi “Etnogenez və Yerin biosferası” nəzəriyyəsini Qafqaza etdiyi arxeoloji ekspedisiyasından sonra yazmağa başlıyıb.

 Bizim bu yazıda “passionar” termini “Təbiətdən güc alaraq yenilənən” yaxud “Təbiətdən dolan” (“Nature-recharger”) mənasında istifadə olunur.

Bir imperiyanın tənəzzülünü dayandırmağın ən real yolu yeni müharibə başlatmaqdı.  Birinci Dünya Müharibəsindən sonra yeni müharibəyə gücü qalmayan Rusiyanın siyasi elitası vəziyyətdən çıxış yolunu Oktyabr inqlabında görür. Onlar bu yolla Rusiyanın tükənən enerjisinə yaxın qonşular hesabına yeni sağlam enerji qatmağa nail olur və imperiyanı dağılmaqdan müvəqqəti xilas edə bilirlər.
Topağının altında zəngin enerji qaynaqları olmasına baxmayaraq, Rusiya elə bir ölkədir ki, kənardan enerji almasa o mütləq tənəzzülə gedir. Bunun əsas 2 səbəbi var; üstündə durduğu təbii sərvətlərlə zəngin torpaqlar onlara məxsus deyil və ruslar passionar xalq deyil.
Rusların Sibirin altını-üstünə çevirməsinə səbəb bu torpaqların onlara məxsus olmamasıdır. Ona görə “sibiryak”larla “moskviç”lər  bir-birinə gizli nifrət bəsləyən 2 fərqli tayfadı.

Dədə Qorqud dastanında döyüşdən qayıdan igidlərin “7 gün 7 gecə” yuxuya getdiyi yazılır. Professor Rafiq Əliyev “Dədə Qorqud və Qeyri-Səlis Məntiq” kitabında bu hadisədə yuxuya gedən döyüşçüləri qeyri-səlis məntiqə əsasən “həm ölü həm diri / nə ölü nə diri” kimi təqdim edir.
Türklərə məxsus Dədə Qorqud dastanında bu hadisə türk soyunun passionarlığından bəhs edir. Bu hadisə türk adamının yuxuya gedərək, yaxud dağlara çəkilərək ya da bir araya gəlib mürəbbə ilə çay içərək təbii üsulla “update” olması, yenilənməsi haqqındadı. Ruslar isə  bəzən  “update” olmaq üçün  “7 gün 7 gecə” və hətta həftələrlə “zapoya” gedir. (zapoy ayılıb özünə gəldikcə içib bir də sərxoş olmaqdı, yaxud bu sağlam sayılan bir adamın uzun müddət fasiləsiz dərin sərxoşluğudu).

Təbiətdə ən böyük enerjidaşıyıcı vasitə insandır. 
Ona görə də indi enerji savaşları yalnız neft, qaz və uran üzərində getmir.  Rusiyanın bu gün gizli savaşı  ən qiymətli "resurs" olan insan enerjisi, daha konkret desək, “passionar enerji” üzərindədir.  Rusiya Avropaya yeraltı enerji (sənaye yanacağı) ixrac edir, Orta Asiyadan və Cənubi Qafqazdan isə insan enerjisi (passionar yanacaq) idxal edir.
Bu iki fərqli proses əslində Rusiyanın daxili sosial böhranı və imperiasonrası hayqırtısıdı.

Lev Qumilyovun nəzəriyyəsinə əsasən, hər bir xalq öz etnogenez dövrünü yaşayır: doğulur, yüksəlir, zirvəyə çatır, tənəzzülə gedir və süqut edir. Rusiya etnosu artıq inert fazaya, stabil enerjisiz vəziyyətə keçmiş kimi görünür. Mənəvi boşluq, sonu görünməyən aldadıcı-utopik “Z” hayqırtısı, intellektual sıçrayışların olmaması, demoqrafik böhran və bütün dünyada rişxəndlə qarşılanan Duqinin "Dördüncü siyasi nəzəriyyə" kitabı və Putinin "Kiyevin 3 günlük fəthi" şüarı... bütün bunlar imperiya sonrası Rusiyanın "daxildən boşalmasını" göstərir.

Bu boşluğu Rusiya iki yolla doldurmağa çalışır:
1) Çinə və Qərbə sənaye enerjisi göndərmək, qarşılığında valyuta və texnologiya almaq;
2) Türk dünyasından insan enerjisi (passionar güc) idxal etmək və qarşılığında mədəni assimilyasiya, iqtisadi asılılıq və hərbi basqı vermək.

Ruslar yeni işğal etdikləri kiçik türk xalqlarından enerji alır. Bu xalqlar onların içində uzun müddət yaşadıqca assimlyasiya olmağa başlıyır və genetik passionarlığı da assimlyasiyaya uğrayır. Nəticədə onlar ruslara əlavə enerji verə bilmir və bu zaman ruslara yeni enerji lazım gəlir. Bu enerjini isə nə qədər qəribə səslənsə də, onlar əsasən türklərdən ala bilir.
Rusiya Avropa üçün mədəni tərəfdaş yox yanacaq anbarı olduğu kimi Türk dünyası isə Rusiya üçün onların öz aləmində mədəni tərəfdaş yox passionar anbardır.

Son 100 ildə 1917-ci il və 1990-cı ildən sonra Rusiyanın Türk Dünyası hesabına imperiyanın yeni tənəzzülünə qarşı passionar enerji üçün 3-cü imdad savaşıdır. Rusiya Türk dünyasından yalnız insanla təbiətin birlikdə becərdiyi aqro məhsullar və insanın özünü idxal edir. Bu isə əsl enerji vampirizmidir.

Rusiyanın Orta Asiya və Cənubi Qafqaz mənşəli türklərə ehtiyacının təməlində hələ də bu xalqların passionar dalğa içində olması, riskli, hirsli, qurucu, ideallar uğrunda mübarizə apan insanlar olmalarıdır.  Onların əxlaqi kodları, ailə strukturları, zəhmətkeşliyi və böyümə istəyi Rusiya üçün yeni nəfəs pəncərəri kimi görünür. Əgər xalqın passionar deyilsə sən başqa passionar xalqı istismar edirsən. Bu gün dünyada əsl qüdrət "oreşnik"də yox, milli enerjinin ruhunda və hərəkətə keçmə iradəsindədir. Rusiya bu enerjiyə malik olmadığı üçün onu Türk etnoslarından idxal edir. Amma bu enerji yalnız qısa müddətlik "update" effekti yaradır. Çünki başqa xalqın enerjisi ilə yaşayan bir sistem, mənəvi asılılıqdan (mənəvi koloniolizmdən) qurtula bilməz.

Türk Dövlətləri Təşkilatı ifadəsi əvəzinə yalnız mümkün olduğu qədər odiozlaşdıraraq, gözdən salmağa çalışdığı Turan sözünü istifadə edən Rusiya üçün “passionar yanacağa” çevrilmək olmaz. Əks halda, türk xalqları öz yüksəliş enerjisini başqasına sərf edən periferiyaya çevrilər. Çünki öz enerjisini verən gələcəyini itirə bilir. 

Passionarlıq səpələnməz...

Uğurlu Şərifov

Soydas.az

Paylaş:

Xəbər lenti