İstanbul Emirdağlılar dərnəyindən ziyarət
İstanbul Emirdağlılar dərnəyindən ziyarət
İstanbul Emirdağlılar Kültür və Dayanışma dərnəyinin sədri Nimətullah Erşahin və təşkilatın baş katibi Parlak İşıq Azərbaycana səfərləri çərçivəsində bir sıra ictimai təşkilatlar və media nümayəndələrilə də görüşüb.
Soydas.az xəbər verir ki, səfər çərçivəsində qonaqlar “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin sədri, “Hədəf” Qrupun baş direktoru Şəmil Sadiq və soydas.az saytının redaktoru İlqar İlkinlə də bir araya gəliblər.
Qonaqlar təmsil etdikləri təşkilatla bağlı məlumat verərək, bildiriblər ki, onların məqsədi dünyanın bir çox yerlərində məskunlaşmış və aktiv fəaliyyət göstərən bir türk toplumu olaraq, emirdağlıların bütün türk xalqları ilə əlaqələrini qurmaq, Türk dünyasının bir parçasına çevrilməkdir.
Geniş müzakirələrdən sonra təşkilatlar arasında birgə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Soydas.az