Gürcüstan və Azərbaycan birgə idman layihələri həyata keçirəcək

image

Gürcüstan və Azərbaycan birgə idman layihələri həyata keçirməyi planlaşdırır.

Bu barədə Azərbaycan Milli Mcəlisinin nümayəndə heyəti ilə görüşdən sonra Gürcüstan parlamenti İdman komitəsinin sədri Viktor Sanikidze jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Gürcüstanla Azərbaycan birgə idman sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə fəal iş aparırlar.

Sanikidze qeyd edib ki, bu layihələr idmançıların birgə iştirakını, təcrübə mübadiləsini və ölkələr arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsini hədəfləyir:

“Biz idman vasitəsilə xalqlarımız arasında dostluğu və əməkdaşlığı daha da dərinləşdirmək istəyirik. Hazırda əməkdaşlığın konkret istiqamətləri üzrə danışıqlar davam edir və yaxın gələcəkdə birgə layihələrin icrasına başlanılması gözlənilir.

Bu təşəbbüs Azərbaycan-Gürcüstan münasibətlərində idmana xüsusi yer verildiyini göstərir və iki ölkə arasında yeni əməkdaşlıq imkanlarının açılmasına səbəb olacaq".

Komitə sədri həmçinin Azərbaycana Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə xüsusi minnətdarlığını ifadə edib. /report/

Soydas.az

Paylaş:

Xəbər lenti