Əfsanəvi idmançı Canpolat Budaqovun yetirmələri yenidən fərqləndilər
Əfsanəvi idmançı Canpolat Budaqovun yetirmələri yenidən fərqləndilər
Gürcüstanın Kutaisi şəhərində Uşu-Sanda üzrə 11-ci açıq çempionat keçirilib.
Soydas.az xəbər verir ki, çempionatda Gürcüstanda soydaşlarımızın yeni yaratdığı Kvemo Kartli Uşu - Sanda Federasiyası da 9 idmançı ilə təmsil olunub.
Çempionatda soydaşlarımız uğurla çıxış edərək, 4 gümüş və 3 bürünc medalla təltif olunublar.
Kvemo Kartli bölgəsinin Uşu-sanda Federasiyasının prezidenti, dəfələrlə SSRİ, Avropa və ikiqat dünya çempionu, Azərbaycanın Əməkdar idman ustası, Əməkdar məşqçi Canpolat Budaqov bildirib ki, nəticələr yaxşı olsa da, federasiya növbəti yarışlarda daha yaxşı nəticələr üçün hədəflər müəyyənləşdirib, bunun üçün əzmlə məşqlər davam etdiriləcək.
Soydas.az