Rustavidə soydaşlarımıza pulsuz hüquqi yardım göstəriləcək

image

Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən “Rustavi Təhsil və Mədəniyyət Mərkəzi” vətəndaşlara daha bir xidmət göstərəcək.

Mərkəzin rəhbəri Raida Dərziyeva AZƏRTAC-a müsahibəsində deyib ki, Rustavi Təhsil və Mədəniyyət Mərkəzində soydaşlarımıza təmənnasız hüquqi xidmət veriləcək.

Onun sözlərinə görə, hüquqşünas Rövşən Ziyadəliyev Mərkəzdə vəkil kimi fəaliyyətə başlayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Rustavi və ətraf kəndlərdə yaşayan azərbaycanlılara hüquqi yardım göstəriləcək.

“Sakinlər hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək Mərkəzin ofisinə gələrək, hüquqşünas-vəkil Rövşən Ziyadəliyevə müraciət edə bilərlər”, – deyə R.Dərziyeva vurğulayıb.

Soydas.az

Paylaş:

Xəbər lenti