Ələt hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq

image

Ələt Azad İqtisadi Zonasının ərazisində inşa edilən beynəlxalq hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq.

Bunu Zonanın Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən beynəlxalq konfransda bildirib.

"Hava limanı 750 hektar ərazini əhatə edəcək. Əvvəlcə bu obyekt yalnız yük daşınması üçün nəzərdə tutulmuşdu, ancaq qərar dəyişib", - deyə o qeyd edib.

Qeyd edək ki, Ələtdə tikiləcək hava limanının illik yükaşırma gücü ilkin mərhələdə 500 000 ton, daha sonra isə 1,5 milyon tona qədər artacağı planlaşdırılır.

 

Soydas.az

Paylaş:

Xəbər lenti