TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Bolnisidə soydaşlarımızla görüşüb
TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Bolnisidə soydaşlarımızla görüşüb
Bu gün Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstan nümayəndəliyinin rəhbəri Zeynəb Bayraq Bolnisi şəhərində fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində olub.
Soydas.az xəbər verir ki, səfər çərçivəsində Zeynəb Bayraq mərkəzin əməkdaşları, yerli icma nümayəndələri və gənclərlə görüşüb.
Görüşdə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin fəaliyyəti, regionda həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflər mərkəzin maddi-texniki bazasının gücləndirilməsi, yerli gənclərin təhsil və sosial layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Qonaq TİKA-nın gələcəkdə də mərkəzin fəaliyyətinə dəstək verməyə hazır olduğunu bildirib.
Görüş zamanı həmçinin, bölgədə yaşayan gənclərin inteqrasiyası və təhsilə çıxış imkanlarının artırılması kimi məsələlər də diqqət mərkəzində olub.
Qeyd edək ki, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi Bolnisi rayonunda fəaliyyət göstərən əsas hüquq və inteqrasiya təşkilatlarından biridir və müxtəlif sosial layihələrin həyata keçirilməsində fəal rol oynayır.
Soydas.az