Osman Hamdi Bəyin itmiş rəsm əsəri Londonda satıldı

image

1910-cu ildə Gürcüstanlı sənət kolleksiyaçısı Sadıq Yadigarov tərəfindən satın alınan əsər Londonda baha qiymətə satıldı

Dünyaca məşhur rəssam Osman Hamdi Bəyin bu zamanadək itmiş sayılan “Qəhvə hazırlamaq” adlı rəsm əsəri dünən 16 min funt sterlinqə satılıb.

Soydas.az xəbər verir ki, Londonda düzənlənən və 50 əsərin qısa zaman ərzində satıldığı aksiyada ən baha satılan əsər məhz Osman Hamdi Bəyin əsəri olub.

1881-ci ildə çəkilmiş bu tablonun əldə sadəcə fotosu qalmışdı və İstanbul Alman Arxeologiya İnstitunun arxivində saxlanırdı.    

Ehtimallara görə, bu əsər 1910-cu ildə Gürcüstanlı sənət kolleksiyaçısı olan Sadıq Yadigarov tərəfindən satın alınıb, daha sonra isə əsər onun oğlu Arçildə olub.

 1930-cu ildə Arçil evləndiyi xanımın qohumlarından olan Vyanalı bir kolleksiaçıya bu əsəri satıb. Əsər 2008-ci ilə qədər ailə mirası olaraq həmin kolleksiyaçılarda qalıb. Daha sonra isə onu Avstriyadakı bir kolleksiyaçı alıb.

Bəs Osman Hamdi bəy kimdir?

Osman Hamdi bəy Osmanlı dövrünün ilk arxeloqu, rəssam, İstanbul Arxeologiya Muzeyinin qurucusu və direktoru, Kadıköyün ilk bələdiyyə başqanı olub.

Osman Hamdi Istanbulda sədrəzəm ailəsində dünyaya gəlmişdi. Atası İbrahim Etem Paşa imperatorluqda sədrəzəm çalışırdı. Məhz bu üzdən balaca Osmanın ətrafı daha yaxşı idi və daha yüksək təhsil almaq şansı var idi.

 Osman Hamdi ilk təhsilini Beşiktaş yaxınlığında olan bir məktəbdə aldı. Bundan sonra atası onu maliyyə məktəbinə göndərdi. Oxumaqla yanaşı Osman həm də rəsm çəkməklədə məşğul idi.

 On altı yaşı bitən zaman o atası ilə Vyanaya getdi. Ethem Paşa oğlunun sənətə olan həvəsini nəzər alıb bir çox muzey və sərgilərə apardı. Gördüklərindən Osman çox təsirlənmişdir.

Geri döndükdən sonra Osman atasına Fransada oxumaq istədiyini bildirdi. İbrahim Paşa oğlunun bu istəyini məmnuniyyətlə qarşıladı və onu 1857-ci ildə Parisə Hüquq fakültəsinə oxumağa göndərdi.

Oxumaqla bərabər Osman həm də rəssamlıq təhsili almağa başladı və sonda sonuncunu tərcih etdi. Osman Parisdə olduğu dövürdə hüquq və rəssamlıq təhsili ilə yanaşı arxeologiya və müzeyçilik istiqamətindədə təhsil almağa başladı. Çəkdiyi tablolar ətrafdakı insanların çox xoşuna gəlir və öz əsərlərini dostlarına hədiyyə etmək Osmana zövq verirdi.

Parisdə olduğu on iki il boyunca Osman bir çox sərgilərə qatılmış və ölkəsini burda təmsil etmişdir. Osman Parisdə Marie adlı bir qadınla tanış olmuş, sonda onunla ailə qurmuşdu. Bu evlilikdən Fatma və Hyriye adlı qızları olmuşdur.

1869-cu ildə yoldaşını razı saldıqdan sonra İstanbula geri döndü. İstanbulda o qısa zamanda "Yabancı İşler Müdirlüğü" vəzifəsinə işə düzəldi və fəaliyyət yeri olan Bağdada getdi. Bu şəhər Osman Beyin tarixi və arxelogiya sahəsində olan biliklərin dahada genişlənməsi üçün gözəl bir məkan oldu. İlk arxeloji araşdırmanı burada həyata keçirdi. Qazıntılar zamanı aşkar etmiş bir çox qiymətli əşyaları İstanbula gətirdi.

Istanbula qayıdan Osman Saray Protokol Müdirü köməkçisi vəzifəsində işləməyə başladı. Bu vəzifəni ona həm də bir çox dilləri çox gözəl bildiyi üçün həvalə etdilər.

 O zamanın Osmanlı padişahı Əbdüləziz Osman Hamdi Beyi Vyanada keçirilən sərgiyə gedəcək Osmanlı sənətkarları qrupunun komisarı təyin etdi. Osman yenidən Vyanaya səfər etdi. Vyanada o yenə də adı Marie olan başqa bir fransız qadınla tanış oldu və ikinci dəfə yenidən evləndi. Bu evlilikdən də, onun Melek, Leyla, Ethem və Nazlı adlı uşaqları dünyaya gəldi.

Osman Hamdi Beyin 1867-ci ildə Parisdə üç əsəri sərgidə nümayiş olunub. Ancaq bu əsərləri müasir dövrə gəlib çatmamışdı. Onun yaradıcılığında diqqət çəkən məqamlardan biri də, rəsmlərini müəllimləri olmuş Jerom və Bulanjın stilinə uyğun çəkməsidir.

Osman Hamdi 1881-ci ildən ilk türk muzey müdiri kimi fəaliyyətə başladı. Fəliyyəti dövründə önəmli işlərindən biridə qiymətli mədəniyyət nümunələrinin ölkə xaricinə aparılmasına qarşı olan qərarın həyata keçirməsi oldu.

Osman Hamdi Bəyin 1880-ci ildə hazırladığı "Quran oxuyan qız" əsəri 2019-cu ildə London muzeyindəki hərracda rekord qiymətə satılıb. Əsər 44 milyon türk lirəsinə satılıb, bununla da Türkiyənin ən bahalı rəsm əsəri olub.

Osman Hamdi Bəyin bundan əvvəl "Tısbağa tərbiyəçisi"  5 milyon türk lirəsinə, "Yaşıl məscidinin qabağı" əsəri isə 13,5 milyon türk lirəsinə satılıb.

 

Soydas.az

Paylaş:

Xəbər lenti