İrakli Qaribaşvili siyasətdən getdiyini açıqlayıb

image

Gürcüstanın sabiq Baş naziri, hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili bu gün partiyanın ofisində keçirdiyi brifinqdə partiya sədri vəzifəsindən getdiyini bildirib.

O, siyasətdən getdiyini də açıqlayıb.

Qeyd edək ki, Qaribaşvili 2024-cü il fevralın 1-də “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri təyin edilib. O, birinci dəfə 2013-cü il noyabrından 2015-ci ilin dekabrınadək, ikinci dəfə isə 2021-ci ilin 22 fevralından 2024-cü ilin 29 yanvarınadək Gürcüstanın baş naziri olub.

Yerli KİV-də daha əvvəl Qaribaşvili ilə hakim partiyanın digər rəhbər vəzifəli üzvləri arasında müxtəlif fikir ayrılıqlarının olması ilə bağlı məlumatlar dərc edilib.

Soydas.az

Paylaş:

Xəbər lenti