Tbilisi–Bakı sərnişin qatarlarının hərəkəti nə vaxt bərpa olunacaq?
Tbilisi–Bakı sərnişin qatarlarının hərəkəti nə vaxt bərpa olunacaq?
Tbilisi ilə Bakı arasında sərnişin qatarlarının hərəkətinin bərpası istiqamətində intensiv danışıqlar aparılır.
“Gürcüstan Dəmir Yolları”ndan bildirilib ki, hazırda həm Gürcüstan, həm də Azərbaycan tərəfi sərnişin daşımalarının bərpası ilə bağlı aktiv şəkildə çalışır:
“Bu istiqamətdə dəmir yolu idarələri və digər aidiyyəti dövlət qurumları arasında danışıqlar və texniki detallarla bağlı razılaşma prosesi davam edir. Dəqiq tarix daha sonra açıqlanacaq”.
Qeyd edək ki, pandemiya dövründə dayandırılan Tbilisi–Bakı sərnişin qatarlarının hərəkəti hələ də tam şəkildə bərpa olunmayıb.
Soydas.az