Bolnisidə 9 aprel qurbanları yad edilib

image

9 aprel tarixində Bolnisi şəhərində Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə anım tədbiri keçirilib.Tədbir Gürcüstan tarixinin qanlı səhifələrindən biri olan 9 aprel hadisələrinə həsr olunmuşdur.Bu gün o qanlı faciənin 36-cı ildönümüdür.

Soydas.az Regionpress.ge-yə istinadla xəbər verir ki, tədbirdə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin, Gənclər və Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən icma mərkəzlərinin müəllim və şagirdləri həmçinin ziyalılar və gənclər iştirak ediblər

Qeyd etmək lazımdır ki,tədbirin mötəbər qonaqları sırasında yeni fəaliyyətə başlamış ,,Kvemo Kartili Uşu -Sanda Reqional Federasiyası” -nın rəhbərliyi də olub.

Tədbir 9 apreldə Gürcüstanın müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə gül çələngi qoymaqla və onların xatirəsini yad etməklə başlayib.Daha sonra tədbirin rəsmi hissəsi Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin direktoru Rezo Həsənov tərəfindən çıxış nitqi ilə başlayıb.

O bu tarixi gün haqqında tədbir iştirakçılarına məlumat verərək bu günün vətənimiz və xalqlarımız üçün ağır tarixi gün olduğunu qeyd edib.Tədbirdə iştirak edən Kvemo Kartili Uşu -Sanda Reqional Federasiyası” -nın rəhbəri Canpolad Budaqov öz çıxışında qardaş gürcü xalqının acısının bizim də acımız olduğunu və onlarla bu acını bölüşdüyünu vurğulayaraq ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi önündə baş əyərək onlara rəhmət,ailələrinə və yaxınlarına səbr diləmişdir.

Tədbirdə iştirak edən ziyalı Ramiz Bəkirov,Kəpənəkçi İcma Mərkəzinin Azərbaycan dili müəllimi Çingiz Yaqubov eyni zamanda Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin müəllimi Fatma Əliyeva çıxışlarında 9 aprellə bağlı fikirlərini bölüşdülər.Onlar 9 aprel hadisələrinin Gürcüstan dövləti və xalqı üçün nə qədər ağır və faciəvi gün olduğunu və günün tarixi yaddaşımızda xüsusi yeri olduğunu bildiriblər.

Qeyd edək ki, Tbilisidə parlamentin binası qarşısında 1989-cu il aprelin 4-də Gürcüstanın müstəqilliyi uğrunda başlanmış dinc aksiya sovet qoşunları tərəfindən aprelin 9-da dağıdılmış və aksiya iştirakçılarından 21 nəfəri qətlə yetirilmiş, yüzlərlə adam hələ də tərkibi müəyyən edilməmiş qazdan zəhərlənmişdir.Faciədən iki il sonra-1991-ci il aprelin 9-da Gürcüstan Ali Soveti ölkənin müstəqilliyini elan etmişdir.Aprelin 9-u ölkədə qeyri-iş günü elan olunmuşdur.

Soydas.az

Paylaş:

Xəbər lenti