“Türkiyəyə qarşı sabotaj…” – Ərdoğandan yanğın açıqlaması, Azərbaycanın dəstəyi
“Türkiyəyə qarşı sabotaj…” – Ərdoğandan yanğın açıqlaması, Azərbaycanın dəstəyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Meşə yanğınlarının Türkiyəyə qarşı sabotaj olub-olmadığının araşdırıldığını deyib.
“Yanğınlarla bağlı istintaq intensiv olaraq davam edir. Nəticələri bəlli olduqda açıqlayacağıq. Sabotaj iddiası araşdırılır. Bunların heç biri diqqətdən kənarda saxlanılacaq şeylər deyil, ayrı-ayrı məkanlarda eyni vaxtda başlayan yanğınlardan danışırıq”, - Türkiyə lideri bildirib.
Bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri Türkiyə Respublikasına yola salınıb.
Türkiyəyə Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar göndərilib.
Qeyd edək ki, iyulun 28-i və 29-da Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub. Bəzi ərazilərdə yanğınlar hələ də davam edir.
Soydas.az