Rusiya bizimlə blef, şantaj, təhdid dilində danışmağı tərgitməlidir
Rusiya bizimlə blef, şantaj, təhdid dilində danışmağı tərgitməlidir
Yersiz, səbəbsiz tərif deyənlər, lazım olanda elə yersiz və səbəbsiz də təhqirə keçə bilirlər. Bu cür adamların tərifi də, təhqiri də yalnız şəxsi maraqlara hesablanmış olur.
Kiməsə, nəyəsə həddindən artıq pərəstiş etmək, yaxud ona qarşı olan fobiyasından dolayı onun haqqında danışması heç də yaxşı hal deyil, hətta deyərdim ki, bir xeyli də təhlükəlidir. Çünki, insan hər iki halda da qərəzli danışır, qeyri-obyektiv düşünür.
Bu cür danışanların böyük əksəriyyəti öz maraqlarına, özlərinin hal-hazırkı psixoloji durumlarına uyğun danışır, əslində isə bir çox halda yanlış ictimai rəy də formalaşdıra bilirlər.
Həmişə daha güclülər, daha çox maddi imkanlara sahib olanlar nisbətən zəif tərəfi bu gücü sayəsində satın ala biləcəyini düşünür, onu daxildən çökdürməyə çalışır.
Adətən, satılmışlar isə öz satqınlığına görə cəza alanadək özlərinin bu xislətinin nə qədər aşağılıq olduğunu dərk edə bilmirlər.
Çünki, “alıcı” onları həm şüurları, əqidələri, həm də mənəvi dəyərləri ilə birlikdə satın almış olur. "İstəsələr başqaları da sənin kimi yaxşı yaşaya bilərlər, amma, özün görürsən ki, istəmirlər" - deyərək, “kolonçu”ların daim "ruh yüksəkliyini profilaktika" edirlər...
Son vaxtlar Rusiyaya trolluq edən hər kəs nəzərə almalıdırlar ki:
Biz Rusiya ilə heç bir zaman əsl dost olmamaışıq!
Biz Rusiya ilə bu gün düşmən də deyilik!
Biz Rusiya ilə qonşuyuq, sadəcə inkişafda olan ikitərəfli münasibətimiz var.
Biz Rusiya üçün nə Ermənistan, nə də ki Ukrayna deyilik.
100 il əvvəl Cümhuriyyətçi babalarımızın və bu gün də Azərbaycan Prezidentinin dediyi kimi, bizim tək ailəmiz Türk Dünyasıdır!
Bu günkü Rusiya daxilində olan 60 milyon rus və bir o qədər də başqa dost-qardaş xalqlardan ibarət olan bu nəhəng ölkə bizə ərazi ölçülərinə görə deyil, Azərbaycanın gözünün içinə baxaraq danışmağı öyrənməlidir.
Azərbaycanda 50 adamı ələ alıb siyasət qurmaq yerinə, 50 milyonluq Azərbaycanlılar, daha doğrusu isə 200 milyondan artıq Türk milləti ilə normal qonşuluq siyasəti qurmalı, bu millətin hörmətini qazanaraq yaşamağı öyrənməlidir.
Rusiya bizimlə blef, şantaj, təhdid dilində danışmağı tərgitməlidir.
Azərbaycan xalqı ən zəif vaxtlarında belə Rusiyadan nə çəkinib, nə də qorxub. Rusiya bundan əlbəttə nəticə çıxarmalıdır.
Və nəzərə almalıdır ki, Rusiya bizə yaratmaq istədiyi əksər problemlərdə nəticə hər zaman bizim xeyrimizə dəyişib.
Soydas.az