Akademik Ramiz Məmmədovun xatirəsinə həsr olunmuş Bilik yarışı keçirilib
Akademik Ramiz Məmmədovun xatirəsinə həsr olunmuş Bilik yarışı keçirilib
Xəbər verdiyimiz kimi, bu il Xəzərin “xanı” kimi tanınan akademik Ramiz Məmmədovun 75 illik yubileyidir. Bu münasibətlə bəzi təhsil ocaqlarında bir sıra tədbirlər keçirilir.
Soydas.az xəbər verir ki, Xəzər dənizinin problemlərinə və Ramiz Məmmədovun elmi fəaliyyətinə həsr olunmuş növbəti tədbir Bakıda yerləşən EVRİKA litseyində keçirilib.
Tədbirdə akademikin xatirəsinə həsr olunmuş bilik yarışının qalibləri müəyyənləşib, qaliblərə və iştirakçılara sertifikatlar, hədiyyələr təqdim olunub.
Tədbirə qonaq qismində Coğrafiya institutunun direktor müavini Zaur İmrani, elmi katibi Səidə Zeynalova, şöbə müdirləri Mirnuh İsmayılov, Xanım Rzazadə, əməkdaş Aida Aslanova və SOYDAŞ İctimai Birliyindən, dosent Hüseyn Artıkoglu, Kamran Ramazanlı, Uğurlu Şərifov, Namiq Veysəl və akademikin ailə üzvləri də qatılıblar.
Soydas.az