Azərbaycan və Gürcüstan teatrları arasında memorandum imzalanıb

image

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Gürcüstanın Giorgi Eristavi adına Dövlət Peşəkar Dram Teatrı arasında yaradıcılıq memorandumu imzalanıb.

Bu barədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı məlumat yayıb. Qeyd edilib ki, memorandumu Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və Giorgi Eristavi adına Gürcüstan Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri David Çxartişvili imzalayıb.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Ə.Lalayev memorandumun qarşılıqlı əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığını, son iki ildə hökm sürən mövcud pandemiya şəraitinə və onun gətirdiyi problemlərə baxmayaraq, Akademik Musiqili Teatrın kollektivinin gələcək planlar üzərində düşündüyünü, yeni yaradıcılıq formalarının tətbiqi üçün çalışdığını diqqətə çatdırıb.

 

Soydas.az

Paylaş:

Xəbər lenti