Gürcüstan XİN təyyarə qəzası ilə bağlı başsağlığı verib

image

Gürcüstan Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Qurum yaydığı bəyanatda Azərbaycanla həmrəy olduğunu bildirib.

“Azərbaycan Hava Yolları təyyarəsinin qəzaya uğraması nəticəsində onlarla insanın həlak olmasını eşitməyimiz bizi dərin kədərləndirdi. Biz Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bu çətin zamanda Gürcüstan strateji tərəfdaşı Azərbaycanla həmrəydir. Yaralıların tezliklə sağalmasını arzu edirik”, - deyə qurumun X platformasında paylaşımında qeyd edilib.

Soydas.az

Paylaş:

Xəbər lenti