Gürcüstanda Avropa Gənclərinin Qış Olimpiya Festivalı keçiriləcək

image

Gələn il fevralın 9-dan 16-dək Gürcüstanda “Bakuriani 2025” Avropa Gənclər Qış Olimpiya Festivalı keçiriləcək.

Soydas.az AZƏRTAC-a istinadla xəbər verir ki, festival Tbilisi, Bakuriani və Batumidə təşkil olunacaq. Festivalın “Sülh atəşi” artıq Romadan Tbilisiyə çatdırılıb.

Festivalda iştirak etmək üçün Avropanın 48 ölkəsindən 2 minə yaxın idmançı Gürcüstana gələcək.

İlkin məlumatlara görə, Gürcüstan gənclərin qış festivalında fiqurlu konkisürmə (iki idmançı), dağ xizəyi (altı idmançı - iki qız və dörd oğlan) və biatlon (bir idmançı) yarışlarında təmsil olunacaq. İştirak edəcək idmançıların siyahısı yanvarın əvvəlində rəsmən açıqlanacaq.

“Sülh atəşi” Gürcüstan şəhərləri ilə estafetlə gedəcək. Kulminasiya nöqtəsi fevralın 9-da festivalın açılışı zamanı Olimpiya qazanının yandırılması olacaq.

Soydas.az

Paylaş:

Xəbər lenti