Vaxtanq Qomelauri Gürcüstanın baş nazirin müavini təyin edilib

image

Gürcüstanın Baş naziri İrakli Kobaxidze daxili işlər naziri Vaxtanq Qomelaurini baş nazirin müavini təyin edib.

Məlumatı hökumət administrasiyası yayıb.

Beləliklə, Gürcüstan hökumətində Baş nazirin birinci müavini iqtisadiyyat naziri Levan Davitaşvili, müavinləri isə Vaxtanq Qomelauri və müdafiə naziri İrakli Çikovanidir.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya polisin etirazlara müdaxiləsi ilə əlaqədar daxili işlər naziri Vaxtanq Qomelauriyə sanksiya tətbiq edib. Sanksiyaya aktivlərin dondurulması və səyahət qadağası aiddir.

Soydas.az

Paylaş:

Xəbər lenti