Avropa İttifaqının Gürcüstanla üzvlük danışıqlarına başlaması ehtimalı azdır

image

Avropa Komissiyasının genişlənmə hesabatında Gürcüstanla bağlı müsbət qiymətləndirmənin olması ehtimalı azdır.

Soydas.az APA-nın Tbilisi müxbirinə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski deyib.

O, Aİ-nin Gürcüstanla üzvlük danışıqlarına başlaması ehtimalının çox az olduğunu əlavə edib.

Səfir yaxın günlərdə Gürcüstandakı cari vəziyyətin 27 üzv ölkə arasında müzakirə ediləcəyini qeyd edib. Diplomat əlavə edib ki, oktyabrın 8-də Gürcüstanla bağlı parlament debatı keçiriləcək və Aİ-nin Ali Nümayəndəsi həmin debata çıxış üçün dəvət edilib.

Oktyabrın 14-də isə Aİ-nin xarci işlər nazirlərinin iclası keçiriləcək və Gürcüstan rəsmi şəkildə görüşün gündəliyinə əlavə edilib.

Parvel Herçinski Aİ-nin genişlənmə hesabatının Gürcüstandakı seçkilərdən bir neçə gün əvvəl dərc ediləcəyini bildirib.

Soydas.az

Paylaş:

Xəbər lenti