Gürcüstanın yeni təhsil, elm və gənclər naziri təyin edilib

image

Gürcüstanın yeni təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze təyin edilib.

Bu barədə Baş nazir İrakli Kobaxidze mətbuat üçün verdiyi brifinqdə bildirib.

Qeyd edək ki, keçmiş təhsil və elm naziri Giorgi Amilaxvari sentyabrın 28-də istefa verib, özəl sahədə çalışacağını bildirmişdi. Yeni təyin olunan nazir Aleksandre Tsuladze isə indiyə qədər sözügedən qurumda nazirin birinci müavini olaraq çalışıb. 40 yaşlı Aleksandr Tsuladze ixtisasca hüquqşünasdır.

Soydas.az

Paylaş: