ABŞ dörd Gürcüstan vətəndaşına sanksiya tətbiq edib
ABŞ dörd Gürcüstan vətəndaşına sanksiya tətbiq edib
ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.
Sanksiya siyahısına Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin rəhbəri Zviad Xarazişvili, onun müavinlərindən biri, habelə insan hüquqlarının ciddi şəkildə pozulmasında iştirakı iddia edilən iki “ekstremist qruplaşma lideri” salınıb.
ABŞ həmçinin yüksək rütbəli dövlət məmurları, iş adamları, hüquq-mühafizə orqanlarının əməkdaşları və qanunvericilər və onların ailə üzvləri də daxil olmaqla 60-dan çox Gürcüstan vətəndaşına demokratiyaya xələl gətirdiyi iddiası ilə viza məhdudiyyətləri tətbiq edir.
Soydas.az