Ermənistan Avropa İttifaqına daxil olması ilə bağlı imzatoplama kompaniyasına başlayıb

image

Bu gündən Ermənistanda ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı imzaların toplanmasına başlanılıb.

Bununla bağlı yaradılan Komissiya sentyabrın 11-də “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün təşəbbüs qrupunun yaradılması təklifi ilə razılaşıb.

Təşəbbür qrupunun səlahiyyətli nümayəndəsi isə 2018-2019-cu illərdə Ermənistanın ədliyyə naziri vəzifəsində çalışmış Artak Zeynalyan təyin edilib.

Qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün 50 min vətəndaşın imzası lazımdır. Bu imzalar isə bu gündən başlayaraq, noyabrın 14-nə kimi toplanmalıdır. Əgər təşəbbüs qrupu buna nail olsa və deputatlar qanun layihəsini təsdiq etməsələr, onda Ermənistan qanunvericiliyi layihənin referenduma çıxarılması üçün imzaların toplanmasını nəzərdə tutur. Bunun üçünsə 300 min imza lazımdır.

Soydas.az

Paylaş: