Gürcüstan Azərbaycanla sərhəddə yüksək sürətli yol çəkəcək

image

Gürcüstan Azərbaycan və Ermənistan sərhədlərinə yüksək sürətli yol çəkəcək. Bununla bağlı Gürcüstan Yollar Departamentindən bildirilib.

Məlumatda qeyd olunub ki, Şərq-Qərb avtomobil yolunun tərkibinə daxil olan yolların tikintisi ilə bağlı tender elan edilib.

Söhbət Rustavi-Qırmızı körpü və Algeti-Sadaxlo yollardan gedir. 61.3 km uzunluğunda dördzolaqlı avtomobil yolunun tikintisinə 2025-ci ildə başlanacaq və işlərin başlanmasından 30 ay sonra mərhələlərlə başa çatdırılacaq.
Tikinti işləri 250 milyon avroya başa gələcək və Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdiriləcək.

Soydas.az

Paylaş:

Xəbər lenti