Avropadan 2 mindən çox Gürcüstan vətəndaşı deportasiya edilib
Avropadan 2 mindən çox Gürcüstan vətəndaşı deportasiya edilib
Cari ilin birinci yarısında Avropa İttifaqı ölkələrindən 2124 Gürcüstan vətəndaşını deportasiya olunub. Ötən ilin birinci yarısında isə Avropadan deport olunan Gürcüstan vətəndaşlarının sayı 2313 nəfər olub.
Soydas.az xəbər verir ki, bu rəqəmlər Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumatda öz əksini tapıb. Göründüyü kimi ötən illə müqayisədə bu il Avropadan deportasiya olunan Gürcüstan vətəndaşlarının sayı da artmaqdadır.
Deport olunan Gürcüstan vətəndaşlarının 1367 nəfəri Almaniyadan, 299 nəfəri Fransadan, 91 nəfəri isə Yunanıstandan olub. Məlumatlarda deportasiya səbəbləri qeyd olunmayıb.
Bəzi analitiklər isə hesab edirlər ki, Gürcüstan vətəndaşlarına qarşı Avropa İttifaqı bu ilin ikinci yarısında daha sərt addımlar ata bilər. Buna səbəb kimi Gürcüstanın "xarici təsirlərin şəffaflığı" haqqında qanunun qüvvəyə minməsi və gərginləşən Avropa ittifaqı - Gürcüstan münasibətləri göstərilir.
Gürcüstan vətəndaşlarına 2017-ci idən Avropa İttifaqı ölkələrinə qısamüddətli vizasız (180 gün ərzində 90 gün) səfərlər etmək hüququ verilib.
Soydas.az