Fransa vətəndaşlarına çağrış etdi: İranı tərk edin!
Fransa vətəndaşlarına çağrış etdi: İranı tərk edin!
Fransa ölkə vətəndaşlarını İrana səfər etməməyə, hazırda bu ölkədə olan fransızları isə təcili oranı tərk etməyə çağırıb.
Fransanın Xarici İşlər Nazirliyi bununla bağlı xüsusi bəyanat yayıb.
Bəyanatda Fransa öz vətəndaşına İrana səfər etməməyi rəsmi şəkildə tövsiyə edib.
Fransa vətəndaşlarından bölgədə hərbi eskalasiya riski səbəbindən mümkün qədər tez ölkəni tərk etməyi xahiş edib.
Soydas.az