Gürcüstanda soydaşlarımız etiraz aksiyası keçirib
Gürcüstanda soydaşlarımız etiraz aksiyası keçirib
Bu gün Gürcüstanın Saqaredjo rayonun Qaraçöp (İor-Muğanlı) kəndində kənd əhalisinin genişmiqyaslı etiraz aksiyası keçirilib.
Soydas.az xəbər verir ki, əsasən kəndin yol, içməli su, körpü probleminin qabardıldığı aksiyada “Qaraçöp ağ gün istəyir”, “Ədalətli maliyyə bölgüsü”, “Yollarımızı və körpülərimizi düzəldin” kimi şüarlardan istifadə olunub.
Aksiyanın təşkilatçısı ictimai fəal Tozu Gülməmmədli çıxış edərək, bildirib ki, rayon daxilində yerli büdcədən ayrılan pullar ədalətli şəkildə bölünmür: “Qaraçöp uzun illərdir ki, içməli su problemindən əziyyət çəkir. Heç suvarma suyu belə yoxdur. Halbuki, Kaxetiya bölgəsinin hər bir kəndində həm içməli, həm də suvarma suyu mövcuddur. Kənd yolları isə bərbaddır və bu yollar təcili şəkildə düzəldilməlidir. ”
Sonda aksiyaya toplaşan kənd sakinləri mövcud problemlərin həll olunması üçün bir daha dövlət qurumlarına müraciət ediblər.
Soydas.az