Fazil Əliyev: “Seçkilərində Pezeşkianın seçki texnologiyasından istifadə edə bilərik”
Fazil Əliyev: “Seçkilərində Pezeşkianın seçki texnologiyasından istifadə edə bilərik”
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat da yayıb. Lakin bəzi ehtimallar var ki, ABŞ-da keçiriləcək seçkilərlə əlaqadar Gürcüstandakı seçkilər bir qədər geriyə də çəkilə bilər. Görünən odur ki, bir neçə ay sonra Gürcüstanda Parlament seçkiləri baş tutacaq. Bu ölkədə qəbul olunmuş “Xarici təsirlərin şəffaflığı haqqında” qanundan sonra bu ilki seçkilərin daha gərgin keçəcəyi şübhəsizdir.
Bəs bu seçkilərdən Gürcüstanda yaşayan soydaşlarımız nə gözləyir, onların bu seçkilərdə mövqeyi necə olacaq?
Gürcüstan prezidentliyinə keçmiş namizəd, Gürcüstan Naminə Siyasi Partiyanın sədri Fazil Əliyev öz sosial şəbəkə hesabında bu suallara cavab verib.
Soydas.az-ın xəbərinə görə, Fazil Əliyev bildirib ki, qarşıdan gələn seçkilərlə bağlı Gürcüstan hakimiyyətinin həm iqtidar, həm də müxalifət təmsilçilərilə müəyyən məsləhətləşmələr aparıb, ümumi rəydən də xəbərdardır:
“Gürcüstan iqtidarı seçkilərdə soydaşlarımızın səsini müxtəlif vasitələrlə, eyni zamanda maliyyə və pulun da imkanlarından istifadə edərək, müxalifət isə Saakaşvili fanatları və mövcud hakimiyyətdən narazı qüvvələrin səsini almağa çalışacaqlar. Hər iki varinatda da biz Gürcüstan Türkləri öz mövqeyimizi ifadə etmiş olmuruq. Əgər Gürcüstan hakimiyyəti bizə seçkilərdə bir milli azlıq olaraq normal iştirak etmək hüququ verməsə biz öz millətimizə müraciət edərək, İranda Məsud bəy Pezeşkianın seçki texnologiyasını tətbiq edəcəyik. Yəni millətin böyük əksəriyyətini eyni cəbhədə birləşdirməyə çalışacayıq”.
Fazil Əliyev təklif etdiyi seçki texnologiyasını da açıqlayıb:
Fazil Əliyev Parlament seçkiləri öncəsi soydaşlarımız adından ümumiləşdirilmiş təkliflərini də irəli sürüb:
Soydas.az