Gürcüstanda professor Mədəd Ço­banovun xatirəsinə həsr olunmuş inşa müsabiqəsi keçiriləcək

image

2024-cü ilin may ayında Gürcüs­tanda fəaliyyət göstərən Azərbaycan­dilli orta mək­təblərin III pilləsində təh­sil alan, yəni X, XI və XII sinif şagirdləri arasında unu­dulmaz soy­da­şımız, görkəmli tür­koloq və tanınmış dilçi alim, mərhum akademik, filologiya elmləri doktoru, professor Mədəd Ço­banovun əziz xatirə­sinə həsr olunmuş “Ana dilimiz – varlı­ğımızdır!” adlı inşa mü­sabiqəsi keçirilə­cək.

Soydas.az xəbər verir ki, bu barədə Gürcüstanın “Maarif” təşkilatının və “Maa­rif” jurnal-qəzetinin rəhbəri Ələddin Qarabağlı Gür­cüs­tan­­­da fəaliyyət göstərən Azərbaycandilli ictimai orta mək­təb­lə­rin Pedaqoji-müəllim və şagird kollektivlərinə (xü­su­si­lə də III pillədə təhsil alan – yəni X, XI və XII sinif şa­gird­lərinə və onların  müəllimlərinə) MÜRACİƏT ünvan­la­yıb.

Müraciətdə deyilir:

Hörmətli, dəyərli pedaqoji müəllim kollektivləri!  Əziz və sevimli şagirdlər!

Dünya düzəninin yenidən formalaşdığı bir dönəmdə mövcud olan millətlərin tərəqqisi - elmi nailiyyətlərin əldə edilməsi, hər bir millətin özünün kimliyinin, ana dilinin, tarixinin, mədəniy­yətinin daha dərindən, daha geniş öyrənilməsi, inkişaf etdiril­mə­si cəmiyyətimizin - həyatımızın ən aktual gündəmində olan tə­ləbi, ən vacib məsələlərdən ən öncəsidir.

Azərbaycan millətinin - qədim zamanlardan üzü bəri müxtəlif millətlər içər­sində böyük və tarixi yol keçməsi hər bir azərbaycanlıya məlumdur. Millətmizin ana dilinin, mədəniyyətinin zənginliyini daha da artırmaq, inkişaf etdirmək, müasir gənclərmizə dəstək olmaq və milli xəzinələrimizi gələcək nəsillərə şərəf və ləyaqətlə çatdırmaq üçün biz hər birimiz əlimizdən gələni əsirgəməməliyik.

Elə buna görə də biz “Maarif” təşki­latı - “Maarif” jur­nal qəzetinin rəh­bər­li­yi təşkilat-re­daksi­yamızın hü­quqi ni­zam­naməsinə əsaslana­raq və müvafiq bən­dinə istinad edərək, Vətə­nimiz Gür­cüstanda şagirdlərimiz ara­sında daha bir yeni və davamlı layihəni (ildə bir dəfə) həyata keçirməyi qərara almışıq:

May ayının 1-dən etibarən yeni bir yarış­ma­ya – unu­dulmaz soydaşımız, gör­kəmli tür­koloq və tanınmış dilçi alim, mərhum akademik, filo­lo­giya elmləri dok­toru, professor Mədəd Ço­banovun əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır!” ad­lı inşa müsabiqəsinə start veririk.

Nəzərinizə çatdırırıq ki, Mədəd Namaz oğlu Çobanov - 1937-ci ildə Gür­cüstanda - Bolnisi ra­yo­nunun Darbaz kəndində dünyaya göz açmış, A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda ali təhsil almış, sonralar düz 25 il həmin ali məktəbdə (sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universiteti, hazırda isə İlya Universiteti adlanan təhsil ocağında) müəl­lim, dosent, professor, kafedra müdirinin müavini və kafedra müdiri vəzifələrində şərəf və ləya­qətlə çalışmış, Azərbaycan dilinin tədrisində, milli azərbaycandilli pedaqoji kadrların hazır­lan­masında əvəzsiz xidmətləri olmuş, dilçiliyə dair onlarla elmi-pedaqoji kütləvi əsərlər yazaraq Azərbaycan elminə böyük və olduqca qiymətli töhfələr vermişdir.

Müsabiqəni keçirməkdə məqsədimiz, böyük alim, mərhum akademik Mədəd Çobanovun adı­nı və əziz xatirəsini əbədiləşdirmək, onu yeni nəsilə tanıtmaqla yanaşı, həm də, gənclərimiz ara­sında ana dilimizə olan sevgini, onların elm və təhsilə olan maraq və həvəslərini daha artırmaq, akademik Mədəd Çobanovun layiqli davamçılarının yetişdirilməsinə çalışmaqdır.

“Maarif” təşkilatı - “Maarif” jurnal qəzetinin rəhbərliyi təşkilat-redaksiya­mızın hüquqi nizam­naməsinə əsaslanaraq və müvafiq bəndinə istinad edərək Mü­sabiqəni keçirmək üçün aşağıdakı tərkibdə Təşkilat komitəsi yaratdığını bəyan edir:

1.    Ələddin Qarabağlı – “Maarif” təşkilatının rəhbəri, “Maarif” jurnalqəzetin baş redaktoru (Qar­dabani);

2.    Mahmud Kamaloğlu – professor (Marneuli);

3.    Sərdar Yusubov – təhsil məsələləri üzrə elmlər doktoru (Marneuli);

4.    Əli Abbas – “Şərəf” ordenli yazıçı, floklorşünas (Marneuli);

5.    Kazax Abdullayev – Gürüstanın Əməkdar müəllimi (Saqareco);

6.    İslam Məmmədov – Gürüstanın Əməkdar müəllimi (Dmanisi);

7.    Abayat Qurbanova –Azərbaycan dili və ədəbiyyatı müəllimi (Tbilisi);

8.    Fatma Əliyeva – Azərbaycan dili və ədəbiyyatı müəllimı (Bolnisi);

9.    Növrəstə Həsənova – Azərbaycan dili və ədəbiyyatı müəllimi (Qardabani).

Layihə davamlı olmaqla ildə bir dəfə - hər bir tədris ilinin aprel-may aylarında 2 mərhələdə ke­çiriləcək.

Müsabiqə iştirakçıları Birinci mərhələdə X, XI və XII sinif şagirdləri aşağıdakı mövzulardan birini seçərək, (A4 ölçülü vərəqdə, yuxarı və aşağı hissədən 2.0 sm, vərəqin sol tərəfindən 3.0 sm, sağ tərəfindən 1,5 sm yer ayrımaqla), 12-lik şriftlə normal intervalda ən azı 4 səhifə olmaqla, yazdıqları inşanı 2024-cü il may ayının 18-i saat 18.00-adək təhsil aldıları ictimai məktəblərin və eləcə də “Maarif” təşkilatının elektron ünvanlafrına - e-maillərinə (qarabaglimaarif50@mail.ru) gön­dərməlidirlər.

İnşanın sonunda müsabiqə iştirakçısı olan şagird öz adını, soy adını, təhsil aldığı məktəbin adını, ünvanını, oxuduğu sinifi, mobil telefon nömrəsini və fənn müəlliminin adını və soy adını da yazmalıdır.

İnşa mövzuları:

1.    Ana dilimiz - varlığımızdır!..

2.    Türk ədəbi dilləri arasında Azərbaycan dilinin yeri.

3.    Görkəmli türkoloq Mədəd Çobanovun yetişdiyi ədəbi mühit və onun elmi-pedaqoji fəaliyyətinin Tiflis dövrü.

4.    Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafında Mədəd Çobanovun rolu.

5.    Mədəd Çobanovun yaradıcılığında yurd sevgisi (Yer-yurd adlarımızın tarixi, onomastic­kası, toponimikası, ellərimizin dialektikası, danışıq şivələrimizin leksikası və s.)

Göndərilən inşa yazılar işgüzar layihə icraçıları - təcrübəli dil-ədəbiyyat müəllimləri tərəfin­dən yoxlandıqdan sonra, onlar arasından seçilmiş şagirdlər ikinci mərhələyə buraxılacaqlar.

Musabiqənin ikinci mərhələsi Marneuli şəhərindəki “Azərbaycan evi”ndə keçiriləcək və Kütləvi İnformasiya Vasitələri tərəfindən ictimailəşdiriləcək.

Musabiqənin ikinci mərhələsinə dəvət olunmuş şagirdlər əyani şəkildə müəllimlərin və icti­maiyyət nümayəndələrini gözü qarşısında müsabiqəyə təqdim olunmuş 5 mövzudan birini şagird dəftərinin ən azı 4 səhifəsi həcmində ənənəvi üsulda qələmlə yazacaqlar.

Onların yazdıqları inşalar elə həmin gün Müsabiqənin təşkilatçıları tərəfindən yoxlanılacaq və qaliblər müəyyənləşəcək.

Müsabiqənin ikinci mərhələsinin qalibləri elə həmin gün aşağıdakı qaydada müka­fatlan­­dırı­la­caqlar.

1.    1-ci yer - 1 nəfər - 100 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).

2.    2-ci yer – 2 nəfər – hər biri 75 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sert­fikat).

3.    3-cü yer – 3 nəfər - hər biri 50 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sert­fi­kat).

4.    4-cü yer - 4 nəfər - hər biri 25 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sert­fikat).

5.    Həvəsləndirici mükafat – 5 nəfər - hər biri 20 lari pul mükafatı + hədiyyə (məktəb ləva­zi­matları və sertfikat).

Nəzərinizə çatdırırıq ki, müsabiqədə qalib gəlmiş şagirdlərin müəllimləri də müka­fatlan­dırılacaq. Müsabiqədə seçilmiş inşalar ayrıca kitab şəklində çap olu­naraq həmin şagirdlərə və Gürcüstandakı Azərbaycandilli məktəblərə hədiyyə olunacaq, eyni zamanda, ictimaiyyət arasında paylanacaq. 

Müsabiqədə iştirak edən hər kəsə uğurlar arzulayır və əvvəlcədən təşəkkür edirik!

 

 

Soydas.az

Paylaş:

Xəbər lenti