Tbilisidə 70 min azarkeşlik stadion tikiləcək
Tbilisidə 70 min azarkeşlik stadion tikiləcək
2028-ci il "Çempionlar Liqası"nın finalına ev sahibliyi etmək üçün, Tbilisidə 70 min azarkeş üçün nəzərdə tutulmuş futbol və reqbi üçün yeni stadionun tikintisinə başlanılacaq.
Soydas.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında məlumat verib.
"Biz Tbilisidə mahiyyətcə bu iki idman növünə xidmət edəcək yeni stadion tikmək istəyirik, o, 70 min tamaşaçı üçün nəzərdə tutulacaq, ən yüksək, müasir standartlara uyğun stadion olacaq ki, bu da bizə ən yüksək səviyyəli matçları, o cümlədən Çempionlar Liqasının finalını ölkəmizdə keçirməyə imkan verəcək.
Bu, Britaniya üslublu stadion olacaq. Bildiyiniz kimi, Britaniya tipli stadionlarda qaçış yolları yoxdur. Belə məqamlarda azarkeşlərlə komanda arasındakı əlaqə ən çox emosional olur. Bütün bunlar komandanın uğurlarına daha çox təsir edir. Bu, ən yüksək standartlara cavab verən stadion olacaq. Ehtimal olunan yer yeni hava limanına bitişik ərazi olacaq”, - deyə İrakli Kobaxidze bildirib.
Soydas.az