İrakli Kobaxidzenin işini dayandırması üçün imza toplama kompaniyası başlanıb
İrakli Kobaxidzenin işini dayandırması üçün imza toplama kompaniyası başlanıb
Tbilisi Dövlət Universitetinin tələbələrinin bir hissəsi baş nazir İrakli Kobaxidzenin universitetdə işini dayandırması üçün imza toplamağa başlayıblar.
Soydas.az 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə tələbələr Tbilisi Dövlət Universitetində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı davam edən aksiyada bildiriblər.
Tələbələrin sözlərinə görə, Kobaxidzenin tələbələrlə görüşməyə mənəvi və hüquqi haqqı yoxdur: “Tbilisi Dövlət Universitetinin tələbələri imza toplamağa başlayır və biz petisiya yaradacağıq. Bizim məqsədimiz və tələbimiz o olacaq ki, İrakli Kobaxidze daha TDU-da işini davam etdirməsin. Onun tələbələrlə təmasda olmağa mənəvi və hüquqi haqqı yoxdur. Biz hökumətin həyata keçirdiyi Rusiyayönümlü siyasəti görürük. Başa düşürük ki, universitetin rektoru Jaba Samuşia bütün bunları nəzərə almayacaq, lakin ictimaiyyətə çatdırmaq niyyətindəyik ki, TDU tələbələri İrakli Kobaxidzenin onun işini davam etdirməsini istəmirlər”, - deyə tələbələr bildiriblər.
Soydas.az