Gürcüstanın spikeri: Xarici donorlar radikal qrupların məxfi maliyyələşməsini artırıblar

image

“Xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıblar”.

Soydas.az "Report"un yerli bürosuna istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bildirib.

“Donorlarla danışdıq. Vaxtilə hər şeyin şəffaf olacağına dair söz verilmişdi. Təəssüf ki, bu vəd yerinə yetirilmədi. Xarici maliyyələşmənin şəffaflaşması əvəzinə, əksinə, radikal qrupların və partiyaların gizli maliyyələşməsi artıb”

Parlamentin spikeri buna misal olaraq “Droa” partiyasını göstərib. Onun sözlərinə görə, onların xaricdən maliyyələşdiyindən hakimiyyət təsadüfən xəbər tutub.

Xatırladaq ki, Gürcüstanda hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən parlamentə təqdim edib.

Soydas.az

Paylaş: