Türk Dövlətləri Təşkilatı ölkələri və onların milli maraqları

image

Uğurlu Şərifov

I yazı

Türk Dövlətləri Təşkilatı xalqları eyni soydan olduğu üçün
burada dövlət siyasətinin əsasını təşkil edən milli maraqlar
türkçülük dəyəri olan ədalət prinsipində öz əksini tapmalıdır.  

İqtisadi maraqlar, ekoloji problemlər, təbii fəlakətlər, müharibələr, terrorizm, miqrasiya, mütəşəkkil cinayətkarlıq, pandemiya kimi səbəblər ölkələrin bir-birindən qarşılıqlı asılılığını yaradır. Bu asılılıq isə özlüyündə yeni beynəlxalq münasibətlər də yaradır. Qarşılıqlı asılılığın yaratdığı münasibətlər fonunda ölkələr yeni birgə beynəlxalq təşkilatlar qurur ki, bu beynəlxalq münasibətlərin də əsas kriteriyası belə bir təşkilatın idarə olunması üçün əsas vasitədir.

Beynəlxalq təşkilatların işi onun əsasnaməsinə uyğun bütün üzv  ölkələrin kollegial qərarı ilə tənzimlənir. Lakin, bəzi hallarda indiki beynəlxalq siyasi təşkilatların işi bir və ya seçilmiş bir neçə ölkənin ideologiyası ilə tənzimlənir. Bu cür avtoritar idarəçilik beynəlxalq təşkilatı orta əsrlərin “kobud kolonial” modelinin yeni “incə neokolonial” modifikasiyasına çevir. Zaman keçdikcə bu cür “neokolonial” ruhlu təşkilatlar yavaş-yavaş öz əsas funksiyasını itirməyə başlıyır. Nəticədə qlobal çoxtərəfli beynəlxalq əməkdaşlıq zəifləyir. Bu da yeni regional əməkdaşlıqlar və onların müxtəlif modellərinin yaranmasına gətirib çıxarır.

 Ölkələr get-gedə sayca artan və daha cəlbedici yeni-yeni regional təşkilatlara üz tutur. BMT-nin  məlumatına görə indi dünyada 200-dən çox regional yönlü hökumətlərarası və 7500-dən çox  qeyri-hökumət təşkilatları var.
Beynəlxalq təşkilatlar  4 əsas kriteriyaya görə təsnifatlandırırlır:

1. Əhatə dairəsinə görə;
Qlobal təşkilat – bütün ölkələrin təşkil etdiyi (BMT, İnterpol) ;
Regional təşkilat -  eyni region ölkələrinin təşkil etdiyi ( Afrika Birliyi Təşkilatı, Avropa İttifaqı).

2. Səlahiyyətinə görə;
Hökumətlərarası təşkilat – burada ölkənin səlahiyyətləri məhdudlaşmır ( BMT, İnterpol)
Qeyri-hökumət təşkilatı -  burada ölkənin səlahiyyətləri qismən məhdudlaşır ( “Qırmız Xaç”, “Sərhədsiz Həkimlər”)

3. Funksiyalarına görə;
-sülh və təhlükəsizliyin təmin edilməsi;
-iqtisadi, siyasi və mədəni əməkdaşlığın təşviqi;
-mübahisələrin həlli;
-insan hüquq və azadlıqlarının təşviqi.

4. Üzvlük qaydalarına görə;
Açıq təşkilat – istənilən ölkə könüllü olaraq üzv ola bilər;
Qapalı – yeni üzv yalnız ilkin təsisçi ölkələrin razılığı ilə qəbul olunur.

Təşkilatlarla yanaşı, beynəlxalq münasibətləri tənzimləyən G20, G7 ( Kanada, Fransa, Almaniya, Italya, Yapon, B.Britaniya)  kimi daha çox inkişaf etmiş ölkələrdən ibarət beynəlxalq klublar da mövcuddur. Dünyanın qabaqcıl iqtisadiyyatlarını bir araya gətirən bu cür  klubların işi qlobal tendensiyalara, geniş yayılmış problemlərin və qlobal böhranların həllinə müsbət təsir göstərməkdir.

“Türk Dövlətləri Təşkilatı” (TDT)  türkdilli dövlətlərin könüllü şəkildə yaratdığı ilk beynəlxalq hökumətlərarası siyasi təşkilatdır. Azərbaycan, Qazaxstan, Qırğıstan və Türkiyənin (ilkin təsisçi ölkələr) iştirakı ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası” adı altında 2009-cu ildə Naxçıvanda, “Naxçıvan Sazişi”  ilə  təsis olunub və 2021-ci ildə adı dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı”na çevrilib.
TDT yeni yaradılan dövrlərdə
“Türk NATO-su”, “Birləşmiş Türk Ştatları” başlıqlı qısqanc (troll) fikirlər səsləndirən Rusiya özü keçmiş sovet respublikalarından ibarət rəsmi dili rus dili olan MDB, Avrasiya İqtisadi Birliyi (EvrAzES), KTMT kimi təşkilatlar, Rusiya-Belorusiya kimi İttifaq dövləti yaratdı.

Fransa 88 üzvdən ibarət “Frankofonia” (OİF) beynəlxalq təşkilatı yaradıb. Bundan əlavə fransız dili BMT-nin, “Avropa İttifaqı”, UNESCO, NATO və “Beynəlxalq Ədalət Məhkəməsi” (ingilis dili ilə) və “Beynəlxalq Qırmızı Xaç” (ingilis və ispan dilləri ilə) daxil olmaqla əksər beynəlxalq təşkilatların rəsmi dilidir. Hərçənd,  Qvadelupa, Mariotte, Revinyon, f/Qviana da daxil fransızlrın faktiki sayı 50 milyondan bir az artıqdır, o da əsasən qanlarının ən azı 25%-i ərəblər, afrikalılar olan  fransızlar. “Frankofoniya” fransızdilli ölkələrdən ibarət təşkilat kimi yarandığı üçün, məsələn indi Ermənistan da bu təşkilata cəlb olunub.

Rusiya və Fransanın patronajlığı altında yaradılan beynəlxalq təşkilatların bu iki ölkənin özündən başqa onun digər üzv ölkələrinə zərəri olub ki, heç vaxt faydası olmayıb.

Böyük ölkələrin beynəlxalq təşkilatlarda söz sahibi olması onların bu  təşkilatlara daha çox üzvlük haqqı ödəməsi, təşkilat rəhbərləri ilə ayrıca separat münasibətlər qurması, özlərinin çoxsaylı transmilli şirkətləri, diplomatik təsisatları, xüsusi xidmət orqanları vasitəsilə yerlərdə təsir mexanizmi yarada bilməsi və region ölkələrini öz təsirləri altına sala bildikləri “filial ölkələr” olmasıdır.  Transmilli şirkətlərin bu işdə xüsusi rolu var. Məsələn, beynəlxaql təşkilatların əsasən vahid mərkəzləşmiş strukturu olur, lakin, transmilli şirkətlərin mərkəzi ofisi öz ölkəsində yerləşsə də, əsas fəaliyyəti  ölkə sərhədlərindən kənarda, ayrı-ayrı ölkələrdə həyata keçirir.

Beynəlxaql təşkilatın qəbul etdiyi hər-hansı qərar bu təşkilata üzv ölkənin milli maraqlarına uyğun gəlmədikdə üstünlük dövlətin yerli qanunlarına verilir. Bu beynəlxalq siyasətdə milli maraqların üstünlüyü prinsipidir.

Türk Dövlətləri Təşkilatında kollektiv məsuliyyət, mənəvi dəyər və milli maraqlar üçlüyü necə  uzlaşmalıdır? Bu isə gələn yazımızın mövzusu olacaq.

 

Soydas.az

Paylaş:

Xəbər lenti