Kamran Ramazanlı Həmkarlar Təşkilatının sədri seçilib
Kamran Ramazanlı Həmkarlar Təşkilatının sədri seçilib
Bu gün Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Həmkarlar təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Soydas.az xəbər verir ki, tədbirdə Təhsil İşçilərinin Azad Həmkarlar Təşkilatının nümayəndəsi Məmməd Məmmədov da iştirak edib.
İclasa sədrlik edən prof. Rza Mahmudov gündəlikdəki məsələlərlə iştirakçıları tanış etdikdən sonra İnstitut Həmkarlar Təşkilatının sədri dosent Habil Haqverdiyev 2017-2023-cü illər üçün hesabat məruzəsi ilə çıxış edib, təşkilatın qərar layihəsini təqdim edib.
İştirakçılar uzun illər HİT sədri vəzifəsini uğurla yerinə yetirən H.Haqverdiyevin işini müsbət qiymətləndiriblər və ona can sağlığı arzu ediblər. Hesabat məqbul hesab edilərək, qəbul edilib və qərar layihəsi təsdiq edilib.
Sonra gizli səsvermə yolu ilə İnstitutun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin elmi işçisi Kamran Ramazanlı Təşkilata yeni sədr seçilib. Daha sonra açıq səsvermə yolu ilə HİT-in idarə heyətinin 7 nəfərdən ibarət yeni üzvü seçilib.
Xatırladaq ki, Kamran Ramazanlı daha çox ictimai fəaliyyətilə tanınır. O, Soydaş İctimai Birliyi İdarə Heyətinin sədridir.
Soydas.az