Belçikalı Türklər qurbanlarını yenidən Azərbaycanda kəsdi
Belçikalı Türklər qurbanlarını yenidən Azərbaycanda kəsdi
Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və Belçika Gent Türk Ocaqlarının fəxri sədri Rəcəb Tuncər Sarının şəxsi təşəbbüsü ilə artıq üçüncü ildir ki, Belçikalı Türklərin qurbanları Azərbaycanda da kəsilir. Bi il yenidən Belçikalı Türklər tərəfindən 94 ədəd qurban kəsilib.
Soydas.az xəbər verir ki, Azərbaycan-Belçika Dostluq Cəmiyyətindən verilən məlumata görə, paytaxt Bakı ilə yanaşı, Yardımlı, İsmayıllı, Saatlı, Qazax rayonlarında, eləcə də Gürcüstanın azərbaycanlılar yaşayan Qoçulu kəndində kəsilən qurbanlar ümumilikdə 600-dən çox aztəminatlı ailəyə, məcburi köçkünlərə, şəhid və qazi ailələrinə paylanıb.
Xatırladaq ki, ötən iki il ərzində də Qurban Bayramında Belçikalı Türklər tərəfindən 250-ə yaxın qurban kəsilib, iki minə yaxın ailəyə paylanılıb.
Qeyd edək ki, Belçikada fəaliyyət göstərən Azərbaycan və Türk diaspora təşkilatları Azərbaycan həqiqətlərinin təbliğində hər zaman fəal rol oynamaqla yanaşı, vaxtaşırı bu cür sosial aksiyaların keçirilməsinə təşəbbüs göstərirlər. Bir neçə ildir ki, Ramazan bayramında da Belçikalı Türklər soydaşlarımızı unutmur, onlara ərzaq yardımı göstərir, uşaqlar üçün müxtəlif aksiyalar keçirirlər.
Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və Gent Türk Ocağının fəxri sədri Rəcəb Tuncər Sarı bildirib ki, bu cür sosial aksiyalar bundan sonra da davam edəcəkdir.
Soydas.az